
ABŞ Hindistana F-35 qırıcıları satmaq istəyir
ABŞ 2025-ci ildən başlayaraq Hindistana hərbi satışlarını artıracaq.
“Poliqon” “Reuters”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp deyib.
“Hindistana hərbi satışları milyardlarla dollar artıracağıq. Biz həmçinin son nəticədə Hindistanı F-35 qırıcıları ila təmin etmək üçün yol açırıq”, – ABŞ prezidenti bildirib.
Qeyd olunub ki, D.Tramp bununla bağlı vaxt qrafiki təqdim etməyib. Lakin xarici hərbi satışlar, xüsusən də F-35 kimi “stelath” xüsusiyyətə sahib qırıcıların satışı üçün illər tələb olunur.