Xəbərlər

ABŞ Hindistana P-8I “Poseidon” patrul təyyarələri satır

ABŞ Hindistana “Çoxməqsədli dəniz təyyarəsi” (Multimission Maritime Aircraft – MMA) proqramı çərçivəsində hazırlanmış altı ədəd Boeing P-8I “Poseidon” qayıq əleyhinə patrul təyyarəsinin satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə 30 aprel tarixində ABŞ Müdafiənin təhlükəsizliyi sahəsində əməkdaşlıq agenliyi (Defense Security Cooperation Agency – DSCA) məlumat verib. Məlumatda həmçinin bildirilir ki, alqı-satqının həyata keçirilməsi üçün zəruri olan sertifikatlar ABŞ Konqressinə təqdim edilib.

Yaxın gələcəkdə Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) əlavə altı ədəd əsas patrul təyyarəsi Boeing P-8I “Poseidon” (Hindistanda “Neptune” adlandırılır) ilə təchiz ediləcək. Təyyarələrin Hindistana satışı artıq ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənib.

Altı təyyarənin planlaşdırılan tədarükü hökumətlərarası Xarici Hərbi Satışlar (Foreign Military Sales – FMS) proqramı xətti ilə həyata keçiriləcəkdir. Tədarükün ümumi dəyəri 2,42 milyard ABŞ dolları təşkil edəcəkdir və təyyarələrin silahlandırma tədarük dəstinə daxil deyil.

Hazırda Hindistan HDQ-də doqquz ədəd P-8I “Poseidon” baza patrul təyyarəsi var və bunlardan səkkiz ədədi 2012-2015-ci illəri əhatə edən dövrdə alınıb. Onların hamısı Hindistan HDQ Aviasiyasının 312-ci eskadrilyasının təminatındadır. Daha bir təyyarə isə 315-ci eskadrilyasının tərkibinə daxildir. Sonuncu təyyarə 2016-cı ildə üçün sifariş edilmişdir və 2022-ci ilin sonuna qədər çatdırılması nəzərdə tutulan dörd ədəd P-8I “Poseidon” təyyarəsindən birincisidir.

2019-cu ilin iyun ayında Hindistan Müdafiə Nazirliyi Hindistan HDQ üçün daha on ABŞ istehsalı P-8I “Poseidon” (P-8I “Neptune”) baza patrul təyyarəsinin alınmasını təsdiqləyib. Lakin sonradan onların sayı altıya endirilib.

Təyyarələr silahsız təhvil verildiyi üçün, keçən il Hindistan HDQ ABŞ-dan 10 ədəd Boeing AGM-84L Harpoon Block II gəmi əleyhinə raket və 16 ədəd döyüş + 5 ədəd praktiki təlim üçün 324 mm-lik Raytheon Mk 54 LWT qayıq əleyhinə torpedo alınmasını sifariş edib.

Təyyarənin əsas xassələri:

– heyəti, nəfər – 9 (2 pilot, 7 operator);

– uzunluğu, m – 39,47;

– qanad açıqlığı, m – 37,64;

– hündürlüyü, m – 12,83;

– qanadın sahəsi, m² – 133,59;

– boş vəziyyətdə kütləsi, kq – 41 434;

– maksimal uçuş kütləsi, kq – 85 820;

– daxili çənlərdəki yanacağın kütləsi, kq – 34 096;

– mühərrik – 2 × TRDD CFM International CFM56-7B;

– dartqı qüvvəsi, kN – 2 × 120;

– maksimal uçuş sürəti, km/saat – 907;

– kreyser sürəti, kç/saat – 815;

– 60 metr hündürlükdə patrulluq etmə/axtarış surəti, km/saat – 333;

– döyüş fəaliyyəti radiusu, km – 3 700;

– uçuş məsafəsi, km – 8 300;

– praktiki uçuş tavanı, m – 12 500.

Əhəd Əzizov

Back to top button