Müdafiə
ABŞ-ın Avropa qoşunları F-35 döyüş təyyarələri ilə gücləndirilir

ABŞ Silahlı Qüvvələrinin Avropa qoşunlarının aviasiya parkı F-35 döyüş təyyarələri ilə gücləndiriləcək.
“AzeriDefence”nin məlumatına görə, bu açıqlamanı ABŞ Müdafiə Nazirliyinin döyüşün idarə edilməsi komandanlığının rəisi, general Gerbert Karlayl jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, yaxın aylarda F-35 təyyarələrinin Avropaya dislokasiyası həyata keçiriləcək.
Növbəti addım isə bu döyüş təyyarələrinin ABŞ Silahlı Qüvvələrinin yaxın şərqdəki avia bazalarına göndərilməsidir. Bu prosesə isə 2018-ci ildən başlanacaq.
Xatırladaq ki, ABŞ artıq Yaponiyadakı İvakuni hərbi aviasiya bazasına F-35 təyyarələrinin dislokasiyasını həyata keçirib.




