Xəbərlər

ABŞ-ın Avropadakı hərbiçiləri ilk dəfə IM-SHORAD kompleksindən atəş açıblar

ABŞ-ın Avropadakı hərbiçiləri ilk dəfə yaxın mənzilli yeni Stryker A1 IM-SHORAD zenit raket-top kompleksindən (ZRTK) atəş açıblar.

“Poliqon”un məlumatına görə, Almaniyanın Ansbax bölgəsindəki Shipton-Caserne şəhərində ABŞ Silahlı Qüvvələrinin 10-cu ordusunun komandanlığı altında olan 4-cü zenit artilleriya alayının 5-ci divizionu silahlanmaya yeni qəbul edilən A1 IM-SHORAD ZRTK-nin atəş sınaqlarını keçirib.

ABŞ Ordusu, yaxın zonada döyüş bölmələrini hava hücumundan etibarlı şəkildə müdafiə etməkdən ötrü cari ilin aprel ayında “General Dynamics” şirkəti tərəfindən yaradılmış yeni Stryker A1 IM-SHORAD zenit raket-top kompleksinin ilk partiyasını Almaniyaya göndərib.

Yeni Stryker A1 IM-SHORAD (Initial Maneuver-Short-Range Air Defense – İlkin manevr – Yaxın Hava Müdafiəsi) ZRTK qoşunların döyüş düzülüşündə bölmələrin hava hücumundan müdafiəsi üçün təyin edilib. IM-SHORAD ZRTK qısa müddətdə yaradılmasına mövcud müasir texnologiyaların istifadə edilməsi böyük kömək edib. Məsələn, onun 30 mm-lik XM914 avtomatik topu AN-64 “Apache” helikopterində tətbiq edilən 30 mm-lik M230 aviasiya topunun təkmilləşdirilmiş “yerüstü” versiyasıdır. Zenit raketləri olaraq, FİM-92 “Stinger” zenit idarə olunan raketlərə (ZİR) əlavə olaraq əvvəllər yerüstü atışlara və hava hədəflərini məhv etməyə uyğunlaşdırılmış hava bazalı AGM-114L “Longbow Hellfire” tank əleyhinə idarə olunan raketlərdən (TƏİR) istifadə edilir.

Hava hədəflərinin aşkar edilməsi “Leonardo” şirkətinin aktiv fazalı antena şəbəkəsinə sahib Multi-Mission Hemispheric Radar (MHR) sistemi vasitəsilə yerinə yetirilir. Radiolokasiya stansiyası təxminən 20-30 km məsafədə “qırıcı”, 3.5-4 km məsafədə “ultra-kiçik dron” və çapdan asılı olaraq 5-10 km məsafədə “top mərmisi/minaatan minası” kimi hava hədəfləri ayırd edə bilir . Zirehli texnika (PDM, ZTR, ƏDT) kimi yerüstü hədəfləri isə 17-20 km məsafədə aşkar edir.

Hədəflərin aşkar edilməsi funksiyanın yerinə yetirilməsi üçün əlavə olaraq “L3Harris” şirkətinin WESCAM MX-GCS müasir optik müşahidə stansiyası nəzərdə tutulub. Kompleksin tərkibində özünün radioelektron mübarizə sistemi də var. Ümumiyyətlə, IM-SHORAD ZRTK hava sahəsini 40 km-ə qədər məsafədə və 10 km-ə qədər yüksəklikdə müstəqil şəkildə nəzarətdə saxlayır. Müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinə inteqrasiyası nəzərə alınaraq bunun kritik bir göstərici olmadığını söyləmək olar.

AGM-114L “Longbow Hellfire” zenit versiyasının atəş məsafəsi açıqlanmır. Lakin 4,8 km-ə qədər məsafədə və 3,8 km-ə qədər hündürlükdə hədəfləri məhv edən FİM-92 “Stinger” ZİR-dən iki dəfə uzun olmaqla atəş məsafəsinin 8-9 km təşkil etdiyini ehtimal etmək olar. Bundan əlavə, AGM-114L “Longbow Hellfire” ZİR, eyni zamanda IM-SHORAD ZRTK-nə yerüstü hədəfləri də məhv etməyə imkan verir ki, bu da kompleksin döyüş istifadəsi imkanlarını xeyli genişləndirir.

244979224 412543670370917 5687480030997615042 n

Əhəd Əzizov

Poliqon.az

Back to top button