ABŞ-ın F-18 “Super Hornet” qırıcısı Aralıq dənizinə düşüb

ABŞ-ın F-18 “Super Hornet” qırıcısı Aralıq dənizinə düşüb

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) “USS Harry S.Truman” (CVN-75) aviadaşıyıcı gəmisi öz hava qanadından olan bir göyərtə əsaslı F-18 “Super Hornet” qırıcısını itirib.

“Poliqon” ABŞ HDQ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə hazırda ABŞ HDQ-nin aviadaşıyan qrupunun yerləşdiyi Aralıq dənizində baş verib.

Bildirilib ki, hadisəyə Aralıq dənizində qəfildən yaranan pis hava şəraiti səbəb olub. Fırtına səbəbindən aviadaşıyıcı gəminin göyərtəsində olan qırıcılardan biri dənizə düşüb. Amerikalılar təfərrüat vermir, sadəcə bildiriblər ki, həmin an aviadaşıyıcı açıq dənizdə ehtiyatları tədarük edirdi.

Bortdan düşən təyyarə ilə yanaşı, ehtiyatları tədarük edən zaman bir dənizçinin də yaralandığı bildirilib. Bu gün onun vəziyyətinin stabil olduğu və həyatı üçün təhlükə olmadığı ifadəsinə əsasən, hərbçinin ağır yaralandığını ehtimal etmək olar. Gəminin göyərtəsindən düşən qırıcının özü isə qaldırılıb və aviadaşıyıcı növbəti tapşırıqlara hazırdır.

Qeyd edək ki, “USS Harry S.Truman” aviadaşıyıcı gəmisinin rəhbərlik etdiyi aviadaşınan zərbə qrupu ötən ilin sonundan Aralıq dənizindədir. Aviadaşıyan qrupa ABŞ-ın “San Jacinto” idarə olunan raket kreyseri, “USS Bainbridge”, “USS Cole”, “USS Gravely” və “USS Jason Dunham” esminesləri, həmçinin Norveçin “Fridtjof” freqatı daxildir.

ABS

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS