
Ameriaklı mühəndislər pilotsuz uçuş aparatlarına inteqrasiya ediləcək lazer silahın sınaqlarına başlayıblar.
“AzeriDefence”nin ABŞ mediasına istinadən verdiyi məlumatına görə, hazırda MQ-9 pilotsuz uçuş aparatına inteqrasiya olunmuş lazer silahın ABŞ-ın Nyu-Mexikoda yerləşən “Uayt-Sendz” poliqonunda sınaqları keçirilir.
Silahın təqdimatının 2020-ci ildə keçiriləcəyi nəzərdə tutulur.
Yeni texnologiya silahlanmaya daxil edilməsinə isə 2021-ci ildən başlanılacaq.



