AerospaceDünya

ABŞ-ın strateji döyüş təyyarəsinin uçuş zamanı mühərriki qoparaq yerə düşüb

ABŞ-ın uzaqmənzilli – strateji döyüş təyyarəsi B-52 sınaq uçuşu zamanı qəzaya uğrayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, sınaq uçuşunu həyata keçirən zaman B-52-nin mühərriklərindən biri yerindən qopub.

Hadisə ABŞ-ın Şimali Dakota ştatı ərazisində baş verib. Ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Bundan başqa mühərrik yerə düşən zaman dağıntı və ölüm halları da baş verməyib.

Hazırda mühərrikin tapılması istiqamətində axtarış işləri aparılır. Təyyarəni isə yerə endirmək mümkün olub.

Xatırladaq ki, B-52 “Pratt & Whitney TF33-P-3/103” modelli 8 mühərrikə sahibdir.

Back to top button