
ABŞ İsveçrəyə F-35A qırıcıları tədarük edəcək
İsveçrə ABŞ-dan “Lockheed Martin” şirkətinin istehsalı olan beşinci nəsil F-35A “Lightning II” döyüş təyyarələrinin satınalınması ilə bağlı müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bu barədə İsveçrənin Federal Müdafiə Departamentinin mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə əsasən, İsveçrə Ordusu ümumi dəyəri 6.2 milyard ABŞ dolları (6.035 milyard İsveçrə frankı) olan 36 ədəd F-35A qırıcıları əldə edəcək.
Bildirilib ki, İsveçrə Hərbi Hava Qüvvələrinin istifadəsində olan F/A-18 “Hornets” və F-5 “Tiger” əvəzləyəcək F-35A qırıcıların təhvil verilməsinə 2027-ci ildə başlanacaq və bu proses 2030-cu ilə qədər davam edəcək.
Qeyd edək ki, müqaviləyə qırıcının təlim sistemləri, döyüş sursatları, təmir, texniki və logistik dəstək kimi məsələlərdə daxildir.