
ABŞ Dövlət Departamenti 75 milyon dollar dəyərindəki “Javelin” tank əleyhinə idarə olunan raket komplekslərinin (TƏİRK) Kosovoya satışını təsdiqləyib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə 246 Javelin FGM-148F raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişlə bağlı baş podratçı rolunda ABŞ-ın “Raytheon” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan “Javelin JV” çıxış edəcək.




