ABŞ ordusu C-RAM radar qabiliyyətini möhkəmləndirir
Lockheed Martin şirkəti ABŞ Ordusundan 33 ədəd əlavə C-RAM radar sisteminin sifarişini alıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Lockheed Martin şirkəti məlumat yayıb.
Dəyəri 391 mln.dollar təşkil edən müqavilə üzrə istehsalçı şirkət ABŞ Quru Qoşunlarına 2014-ci ilin sonuna qədər 33 ədəd AN/TPQ-53 qarşı atış hədəf təsbiti radarını çatdıracaq.
Ehtiyat hissələri, test və təlim daxil olmaqla, gələcəkdə bu sifarişin həcminin 800 mln.dollara qədər artırılması gözlənilir.
Sistem quru birliklərini raket, minatan və artilleriya mərmilərindən mühafizə edir.
KATEQORIYA: Sənaye