ABŞ Ordusu GPS-i yeni naviqasiya sistemi ilə əvəzləyir
ABŞ Ordusu GPS naviqasiya sistemini yeni sistemlə əvəz etməyə hazırlaşır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ABŞ-ın Müdafiə Araşdırmaları Agentliyi (DARPA) məlumat yayıb.
Yeni sistem GPS sisteminə yaxınlaşan təhdidlər nəzərə alınaraq hazırlanır və daha mükəmməl olacağı bildirilir. Aparılmış tədqiqatlar zamanı məlum olub ki, GPS siqnalını itirmək riski hər gün artır. Rəqib o qədər də mürəkkəb olmayan texnologiyalardan istifadə etməklə GPS siqnalını batıra bilir. Son aylarda pilotsuz uçuş aparatlarının düşməsi də onlara ötürülən siqnalın kəsilməsi ilə bağlı olub.
DARPA-nın başladığı ASPN layihəsi bu kontekstdə yeni, mükəmməl kompleks naviqasiya sistemini hazırlamağa yönəlib. ASPN sistemi GPS qəbulediciləri, lidarlar, stereokamera, temperaturun və təzyiqin tənzimləyiciləri, İNS, kompaslar, astrokorreksiya cihazları və s. olmaqla mümkün tənzimləyicilərdən istifadə edə biləcək.