ABŞ Ordusu M-109A6 PIM özüyeriyən haubitsasının əsas sınaqlarına başlayır
ABŞ-ın Quru Qoşunları noyabrda 155 mm-lik M-109A6 PIM “Paladin” özüyeriyən haubitsasının sınaqlarının əsas mərhələsinə başlamağı planlaşdırır. Bu barədə “AzeriDefence” xarici hərbi KİV-lərə istinadən məlumat verib.
Sınaqların nəticələri üzrə kiçik təkmilləşmələrlə seriyalı istehsal barədə qərarın qəbulu gözlənilir.
BAE Systems şirkətinin məlumatına görə, haubitsanın beş təcrübi nümunəsi indiyə kimi ümumilikdə 4 min mil məsafədə hərəkət edib, sınaq atışlarında 28 mindən çox döyüş sursatından istifadə edilib.
Maşına “Bredly” hərbi maşını üçün hazırlanmış transmissiya, 600 at gücünə malik Cummnis V903 mühərriki ilə (əvvəlki mühərrik 440 at gücündə Detroit Diesel idi) təchiz edilib.
ABŞ Ordusu inventarındakı 975 ədəd M-109A6 haubitsasının 580-ə qədərinin PIM standartına uyğun müasirləşdirməyi planlaşdırır.