Xəbərlər

ABŞ Ordusu üçün ilk AMPV istehsal xəttindən çıxıb

ABŞ Ordusu üçün “BAE Systems” şirkəti tərəfindən istehsal edilən ilk Zirehli Çox Məqsədli Vasitə (Armored Multi-Purpose Vehicle- AMPV) istehsal xəttindən çıxıb.

Azeri Defence saytının bildirdiyinə görə, bu barədə “BAE Systems” şirkəti məlumat yayıb.

“BAE Systems”in AMPV proqram direktoru Bill Şeehy bildirib ki, “ilk AMPV-nin çatdırılması ABŞ Ordusunda yeni və böyük bir mərhələdir”.

“AMPV gələcək müharibələrdə zirehli döyüş maşınlarının tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulur”, – deyə şirkət nümayəndəsi vurğulayıb.

Ordunun təhlükəsizlik və heyətin həyatda qalması üçün əsas prioritetlərinin nəzərə alındığı AMPV ailəsi Vyetnam müharibəsi dövründən qalan M113-lərin yerini alacaq.

AMPV ailəsinə aşağıdakı konfiqurasiyalar daxildir:

  • Ümumi təyinatlı nəqliyyat vasitəsi;
  • Minaatan daşıyıcısı;
  • Tibbi Evakuasiya vasitəsi;
  • Tibbi Müalicə vasitəsi.

AMPV qoşun sınaqları çərçivəsində 20 müxtəlif sınaqdan keçirilib və bütün tələbləri yerinə yetirib.

 

Back to top button