Xəbərlər

ABŞ Ordusu uzun mənzilli LRHW hipersəs raketləri əldə edəcək

ABŞ Ordusunun yeni hipersəsli LRHW raketləri çox uzun mənzilli olacaq.

“Poliqon” “The Drive” portalına istinadən xəbər verir ki, Pentaqon perspektivli LRHW layihəsinin fəaliyyət məsafəsini rəsmi olaraq açıqlayıb.

LRHW layihəsi çərçivəsində ordu üçün döyüş başlığı səs sürətindən beş qat daha yüksək sürət (5 Mach) inkişaf etdirə biləcək mobil raket kompleksi yaradılır. Bir LRHW batareyasında dörd buraxma qurğusu və bir komanda məntəqəsi olacaq.

Uzun mənzilli hipersəs silah (Long Range Hipersonic Weapon -LRHW) layihəsi barədə 2018-ci ildə məlum olub. Bu ad altında, ABŞ Silahlı Qüvvələri üçün hipersəsli sürət inkişaf etdirə bilən planer (qlayder – glider) döyüş başlıqları hazırlanır. İndi, ordunun yerüstü buraxma qurğuları LRHW köməyi ilə hədəfləri 2775 km-dən (1725 ​​mil) artıq məsafədə məhv edə biləcəyi məlum olub. Bu isə, Parisdən Moskvaya qədər olan məsafəyə bərabərdir. Beləliklə, ABŞ raketləri bir neçə dəqiqə ərzində düşmən hədəflərini vura biləcək və cavab atəşinə məruz qalmayaraq praktik olaraq toxunulmaz olacaqlar.

ABŞ Müdafiə Nazirliyi hələlik perspektivli yerüstü raket sisteminin adını açıqlamır. Çox güman ki, söhbət Operational Fires (OpFires) kompleksindən gedir. Eyni zamanda, gələn il ABŞ Ordusunun atəş sınaqları üçün LRHW ilə dəstləşdirilmiş tam döyüşə hazır raket kompleksi alacağı bildirilir.

186561344 318293896462562 1169563206491665256 n e1621084694108
LRHW, onun daşıyıcı raketi və yerüstü sistemi

Əhəd Əzizov

Poliqon.az

Back to top button