ABŞ Ordusunda yüngül tankların sınaqları keçirilir

ABŞ Ordusunda yüngül tankların sınaqları keçirilir

2022-ci ildə ABŞ Ordusu yeni bir yüngül tank seçəcək. Artıq “Mobile Protected Firepower” (MFP) proqramı “məhdud istifadəçi sınaqları” mərhələsinə keçib.

“Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, podratçılar keçən ilin sonunda 24 ədəd yüngül tank prototipinin tədarükünü başa çatdırıblar.

Hal-hazırda iki finalçı modelin üstünlüklərini və mənfi cəhətlərini müəyyən etmək üçün onların sınaqları keçirilir. MFP tenderinin qalibinin gələn ilin yaz-yay aylarında elan edilməsi planlaşdırılır.

Sınaqlarda “BAE Systems” şirkətinin istehsalı M8 Armored Gun System tankının təkmilləşdirilmiş versiyası və “General Dynamics” şirkətinin yüngül tankı iştirak edir. Qeyd edək ki, 1996-cı ildə ABŞ Müdafiə Nazirliyi maliyyə ixtisarları səbəbindən M8 tankının hazırlanmasından və satın alınmasından imtina etmişdi. “BAE Systems” şirkəti tankın əhəmiyyətli dərəcədə yeniləndiyini və müasir döyüşün bütün parametrlərinə cavab verdiyini bildirir. “General Dynamics” şirkətinin yaratdığı yüngül tank isə, M1 “Abrams” tankının yeni qülləsi və 120 mm-lik XM360 topu olan AJAX (Böyük Britaniya) döyüş maşınıdır.

ABŞ Ordusunda M1 “Abrams” tankının çox hərəkətsiz olacağı çətin keçilən ərazilərdə və şəhər döyüşlərində piyadaları müşayiət edə biləcək yüngül və mobil tanklar yoxdur. Bu görə də MPF proqramının icrasına başlanılıb. Proqramın nəticəsi düşmənin müasir tanklar da daxil olmaqla texnikalarını, uzunmüddətli atəş nöqtələri və digər uzunmüddətli tikililəri də daxil olmaqla istehkamlarını məhv edə, habelə piyada üçün atəş dəstəyi təmin edə bilən yeni bir yüngül tank olmalıdır.

general

“General Dynamics” şirkətinin yüngül tankı

bae1

“BAE Systems” şirkətinin yüngül tankı

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS