Xəbərlər

ABŞ ordusunu yeni nəsil qumbaraatanlarla silahlandırır

ABŞ-ın “General Dynamics OTS” və Almaniyanın “Dynamit Nobel Defence” (DND) şirkətləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə “General Dynamics OTS” şirkəti məlumat yayıb.

Müqaviləyə əsasən “General Dynamics OTS” və “Dynamit Nobel Defence” birlikdə ABŞ ordusunun ehtiyaclarını qarşılamaq məqsədilə yeni nəsil tank əleyhinə qumbaraatanlar istehsal edəcəklər.

Tək atımlı, daşınabilən yeni tank əleyhinə qumbaraatanlar DND şirkətinin istehsalı olan 60 mm-lik RGW60 və 90 mm-lik RGW90 qumbaraatanlarının əsasında hazırlanacaq.

Qeyd edək ki, ötən il ABŞ Dəniz Qoşunları Sistemləri Komandanlığı (MCSC) Dəniz Piyadalarının ehtiyacını qarşılamaq məqsədilə çiyindən atılan tank əleyhinə qumbaraatan üçün tender elan etmişdir.

Elşən Abdulkərimov

Poliqon.az

Back to top button