ABŞ Rusiyanın silah və sursatlarından imtina edir

Rus silahlarını sevən amerikalılar tezliklə arsenalını yeniləmək imkanından məhrum olacaqlar.
“Poliqon” xəbər verir ki, “The Fire Arm” portalı yeni sanksiyalar paketinin Rusiyadan silah və sursat tədarükünü qadağan etdiyini bildirib.
ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən rəsmi açıqlamaya görə “Məhdudiyyətlər, bəzi növ rus silahlarının daimi idxalına aiddir. Rusiyada istehsal olunan və ya yerləşən odlu silah və sursatın daimi olaraq idxalına icazə alınması üçün yeni və gözləyən müraciətlər imtina siyasətinə tabe olacaq.”
Sanksiyalar cari ilin sentyabrın ayının 7-dən qüvvəyə minəcək və ən azı bir il qüvvədə olacaq. İdxalçılar növbəti tədarük üçün mövcud icazələrdən və kvotalardan istifadə edə biləcəklər, lakin ATF-dən (Bureau of Alcohol, Tobacco, Firearms and Explosives – Alkoqol, Tütün, Odlu silahlar və Partlayıcılar Bürosu) təsdiqlərin alındığı çərçivədən kənara çıxa bilməzlər.
ABŞ-da bu xəbər patron qiymətlərinin kəskin artması ilə qarşılanıb. Məsələn, bir neçə saat ərzində ən ucuz 7.62×39 mm çaplı sursatın qiyməti 27 sentdən 40 sentə qalxıb.
Eyni zamanda, portal qiymət artımını müvəqqəti bir fenomen adlandırır: “Xoşbəxtlikdən, Rusiyadan başqa polad gilizlərdə nisbətən ucuz sursat mənbələri var. Lakin, tədarük boşluğunu doldurmaq üçün onlara vaxt lazımdır. İdxalçıların yeni əlaqələr qurması və ABŞ-a göndərməyə başlaması daha uzun tələb olunacaq.”
Əhəd Əzizov




