ABŞ şirkəti 1240 ədəd JLTV tədarük edəcək

ABŞ şirkəti 1240 ədəd JLTV tədarük edəcək

ABŞ Ordusunun Müqavilə Komandanlığı “Oshkosh Defense” şirkətinə 1240 ədəd JLTV yüngül taktiki nəqliyyat vasitəsi sifariş verib.

Bu barədə “AzeriDefence”yə “Oshkosh Defense” şirkətindən məlumat verilib.

Sifariş əsasında “Oshkosh Defense” şirkəti tərəfindən ABŞ Dəniz Piyadaları (USMC), o cümlədən Sloveniya və Litva ordusu üçün JLTV yüngül taktiki nəqliyyat vasitəsləri tədarük ediləcək. Xarici Hərbi Satış proqramı (FMS) çərçivəində Sloveniya və Litvaya JLTV zirehli maşınları ilə birlikdə əlavə avadanlıqlar da tədarük ediləcək.

“Oshkosh Defense” mütəxəssislərinin sözlərinə görə, üstün imkanlara malik JLTV maşınlarına xarici maraq artmaqda davam edir.

JLTV (Joint Light Tactical Vehicle) zirehli avtomobilinin çəkisi 6.5 tondur. “GM Duramax V8” mühərrikinə malik olan avtomobil 300 at gücündədir. Gediş ehtiyyatı təxminən 500 kilometr təşkil edir.

 

 

 

 

 

CATEGORIES
TAGS