ABŞ Tayvana M1A2T “Abrams” tanklarının tədarükünə başlayır

ABŞ Tayvana M1A2T “Abrams” tanklarının tədarükünə başlayır

Tayvan və ABŞ arasında 2021-ci ildə imzalanan M1A2T “Abrams” tanklarının alqı-atqısına dair müqavilə çərçivəsində sözügedən tankların Tayvan Ordusuna tədarükünə başlanılıb.

“Poliqon”un məlumatına görə, cari ilin iyun ayının 30-dək ilk partiyada 2 ədəd ABŞ istehsalı olan M1A2T “Abrams” əsas döyüş tankının Tayvana çatdırılması planlaşdırılıb.

ABŞ müqavilə çərçivəsində ümumilkidə Tayvan Silahlı Qüvvələrinə 1,3 milyard ABŞ dolları dəyərində 108 ədəd M1A2T “Abrams” tankı ixrac edəcək.

Tayvan Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Tayvan Ordusuna 2022-ci il ərzində 18 ədəd, 2023-cü ildə 18 ədəd, 2024-cü ildə 28 ədəd, 2025-ci ildə 30 ədəd və 2026-cı ildə 14 ədəd M1A2T “Abrams” tankı tədarük ediləcək (həmçinin bax: Tayvan dünyanın ən bahalı tankını alır).

Poliqon.az

CATEGORIES
TAGS