ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 3 milyard ABŞ dolları dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Ukraynaya ayrılan 3 milyard dollarlıq hərbi yardımın 225 milyon dollar həcmindəki hissəsi Silahlı Qüvvələrin istifadəsində olan texnikaların modernləşdirilməsi və təmiri üçün xərclənəcək.
Pentaqon hərbi yardım çərçivəsində Ukrayna Ordusuna 50 ədəd M2A2 “Bradley” piyadaların döyüş maşını (PDM), 100 ədəd M-113 zirehli transportyoru, 50 ədəd minaya davamlı maşın, 138 ədəd HUMVEE nəqliyyat vasitəsi və 18 ədəd 155 mm-lik “Paladin” özüyeriyən artilleriya qurğusu (ÖAQ) tədarük ediləcək.
Həmçinin yardım paketinə aşağıdakılar daxildir:
- 500 ədəd buraxıcı qurğu ilə birlikdə TOW tank əleyhinə raketlər;
- 250 min ədəd 25 mm-lik sursat;
- 36 ədəd 105 mm-lik yedəyə alınan top;
- RIM-7 raketləri;
- 4000 ədəd “Zuni” raketi;
- gecəgörmə cihazları, snayper tüfəngləri, pulemyotlar, ehtiyat hissələri, geyim və s.