ABŞ Ukraynaya əlavə AIM-9M raketləri verəcək

ABŞ Ukraynaya əlavə AIM-9M raketləri verəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 325 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, yeni hərbi yardım paketi Ukrayna Silahlı Qüvvələrini döyüş meydanında gücləndirəcək.

Hərbi yardım paketinə daxildir:

  • AIM-9M raketləri;
  • “Avenger” hava hücumundan müdafiə (HHM) sistemləri;
  • HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
  • 155 və 105 mm-lik artilleriya mərmiləri;
  • TOW tank əleyhinə raketlər;
  • “Javelin” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksləri;
  • AT4 tank əleyhinə qumbaraatanlar;
  • 59 ədəd yüngül taktiki nəqliyyat vasitəsi;
  • Atıcı silahlar üçün 3 milyondan çox sursat və s.
CATEGORIES
TAGS