ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 600 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
“Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən hərbi yardım Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) tərəfindən təmin edilir.
Hərbi yardım paketinə daxildir:
- Ukraynanın hava hücumundan müdafiə sistemlərini saxlamaq və inteqrasiya etmək üçün avadanlıq;
- HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
- 105 mm-lik artilleriya mərmiləri;
- Elektron müharibə sistemləri;
- Minatəmizləmə avadanlığı və s.