
ABŞ Hərbi Hava Qüvvələri B61-12 nüvə mərmisinin sınaqlarını həyata keçirib.
“AzeriDefence”nin UPİ saytına istinadən verdiyi məlumatına görə, sınaqlar Nevada ştatındakı “Nellis” poliqonunda reallaşıb.
Mərmilər F-16 döyüş təyyarəsindən atılıb.
Sınaq zamanı mərminin distans idarə olunması, yeni reaktiv mühərrikinin imkanları yoxlanılıb.
B61-12 sələfi B61 modifikasiyalı nüvə başlığı daşıyan mərmini əvəzləyəcək. B61 mərmisi 1968-ci ildə silahlanmaya qəbul olunub və bu günə qədər 12 dəfə modernləşdirilib.




