ADEX-2016 Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi yekunlaşıb – FOTOLAR

ADEX-2016 Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi yekunlaşıb.

“AzeriDefence”nin məlumatına görə, sentyabrın 27-30-u tarixlərində Bakı Sərgi Mərkəzində keçirilən sərgi çərçivəsində hərbi-texniki sahədə əməkdaşlığın dərinləşməsinə xidmət edən görüş və müzakirələr, o cümlədən seminarlar keçirilib. Sərgini Azərbaycan prezidenti İlham Əliyev də ziyarət edib.

Sərgi çərçivəsində Türkiyənin AYESAŞ şirkəti ilə AMEA-nın institutu arasında memorandum imzalanıb.

Bundan başqa Azərbaycan Müdaiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyi ilə Rusiyanın Taktik Raket Silahları Korporasiyası arasında da memoranduma imza atılıb. İmzalanan sənəd çərçəvəsində hər iki müəssisə taktik raketlərin istehsalı sahəsində əməkdaşlıq edəcəklər. Sənəddə yeni nəsil “hava-hava” və “hava-yer” raketlərinin birg istehsalı nəzərdə tutulur.

“Rusiya vertolyotları” və Azərbaycanın “Silk Way Helicopter Services” müəssisəsi arasında imzalanan sənəddə isə adıçəkilən qurumun Azərbaycanda xidmət mərkəzinin yaradılması nəzərdə tutulub.

Sərgidə yeniliklərdən biri də MSN-nın müəssisəsində hazırlanmış yeni 14.5 mm çaplı snayper tüfəngi ADEX-2016 beynəlxalq müdafiə sərgisində ilk dəfə nümayişə çıxarılması olub. NST-14.5 adlanan yeni snayper tüfəngi EM (EM-14, AZ-7.62) silah ailəsinin davamı kimi təqdim olunub.

Çəkisi 20 kq təşkil edən tüfəngin uzunluğu 1900 mm, qundağı yığıldıqda isə 1600 mm-dir. Tüfəng 5 patron tutumlu darağa sahibdir. Nişangah mənzili 2000 metr təşkil edən NST-14.5 tüfəngində sola qatlanan və hündürlüyü tənzimlən qundaq və xüsusi olaraq hazırlanmış ağız əyləci tətbiq edilib.

Nazirlik “Yalquzaq” snayper tüfəngi ailəsinin yeni nümunəsi olaraq hazırlanmış “Vaşaq” adlı yeni snayper tüfəngini də ADEX-2016-da təqdim edib.

Snayper tüfəngi dizayn baxımından “Yalquzaq”a bənzəsə də mütəxəssislər silahın bir sıra xarakteriskalarına görə sələfindən fərqləndiyini bildiriblər.

“Vaşaq” bikalibr snayper tüfəngidir. Yəni zərbə mexanzmini və lüləsini dəyişməklə ondan iki fərqli kalibrdə patronla –  .338 Lapua Magnum və 308 Win (7.62×51) patronlardan atəş açmaq imkanı mövcuddur.

ADEX-2016 sərgisində ən diqqəti çəkən hadisələrdən biri də Azərbaycanın Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında müqavilənin imzalanması olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla müdafiə sənayesi naziri Yavər Camalovun imzaladığı müqavilədə Silahlı Qüvvələrin müxtəlif tip pilotsuz uçuş aparatları (PUA) ilə təchiz edilməsini öz əksini tapıb.

Müqavilənin imzalanma mərasimindən sonra müdafiə naziri Zakir Həsənov bildirib ki, sənəd çərçivəsində Müdafiə Nazirliyi böyük sayda “Zərbə” PUA və havada uzun müddət qala bilən kəşfiyyat təyinatlı PUA-larla təchiz ediləcək. Qeyd olunan PUA-lar MSN-nin müəssisəsində istehsal olunacaq.

Ümumilikdə isə sərginin keçirildiyi 4 gün ərzində  müasir silah və texnikanın, eləcə də milli müdafiə kompleksinin imkanları nümayiş olunub.

Sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyi, dəstəkçisi isə Müdafiə Nazirliyi olub. ADEX-in təşkilati tərəfdaşı qismində “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edib. Bu il ADEX-2016 sərgisini nazir, hərbi idarə rəhbərlərinin başçılıq etdiyi 25 rəsmi nümayəndə heyəti, Türkiyə, Rusiya, İsrail, Pakistan, İran və digər ölkələrin müvafiq strukturlarının nümayəndələri ziyarət edib. Nümayəndə heyətlərini ADEX sərgisinə ilk dəfə göndərən ölkələr arasında Bolqarıstan, Bosniya və Herseqovina və Serbiya yer alıb.

ADEX-2016-da dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edib.

Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane`s Defence Weekly” dərgisi, “onlayn” gündəliyi vəzifəsini Belçikanın “Army Recognition” yurnalı yerinə yetirib.

“Azeri Defence” jurnalı isə sərginin informasiya tərəfdaşı qismində çıxış edib.

Sərgidə aparıcı şirkətlərini təqdim edən 10 ölkə – Azərbaycan, Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli pavilyonları ilə çıxış edib. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyə – 42 şirkətlə, İsrail – 14 şirkətlə və Rusiya – 14 şirkətlə ilk yerləri tutublar.

Sərgi çərçivəsində bir sıra mövzularda seminar və görüşlər də keçirilib.

_DSC0056

_DSC0067

_DSC0032

_DSC0021

_DSC0190

_DSC0181

_DSC0165

_DSC0157 _MRS5816

_DSC0008

 

CATEGORIES