
İspaniyanın “İndra Systems” şirkəti Bakıda keçiriləcək ADEX-2016 beynəlxalq müdafiə sərgisində iştirak edəcək.
Bu barədə “AzeriDefence”yə “İndra Systems” şirkətinin media mərkəzindən məlumat verilib.
Şirkət sərgidə LANZA üçölçülü radarını, müxtəlif uçuş simulyatorlarını, habelə hazırda 500-dən çox hava platformasında habelə yerüstü əməliyyatlarda istifadə olunan radioelektron mübarizə sistemlərini sərgidə təqdim etməyi planlaşdırır.
“İndra” şirkəti həmçinin sərgidə iMARE liman təhlükəsizlik sistemi barədə informasiyaları təqdim edəcək.
Qeyd edək ki, “İndra Systems” şirkəti ADEX sərgisində ikinci dəfədir iştirak edir.
“İndra” şirkəti 2012-ci ildə Azərbaycan Aeronaviqasiya Xidmətinin (AZANS) Heydər Əliyev Byenəlxalq Hava Limanında radiolokasiya sistemləri ilə təchizatını həyata keçirib.



