
Rusiyanın “Tula Cihazqayırma Konstruktor Bürosu” Səhmdar Cəmiyyəti ilk dəfə qatıldığı ADEX-2016 sərgisində bir sıra silah sistemlərini nümayiş etdirməyi planlaşdırır.
Bu barədə “AzeriDefence” Səhmdar Cəmiyyətin saytına istinadən məlumat verib.
Rusiya milli pavilyonunda təmsil olunacaq KBP Səhmdar Cəmiyyətinin stendində “Pantsir-S1” zenit-raket top kompleksinin, “Kornet-EM” tank-əleyhinə idarə olunan raket kompleksinin, həmçinin zirehli transportyor üzərində “Kornet-E” özüyeriyən TƏİRK-in nümayişinə diqqət yönəldiləcək.



