ADEX 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin yeni tarixi təsdiqləndi – 6-8 sentyabr 2022
COVID-19 pandemiyası ilə əlaqədar olaraq ADEX 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin vaxtı növbəti dəfə dəyişdirilib.
Bu barədə “AzeriDefence” ADEX sərgisinin saytına istinadən məlumat verib.
ADEX 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin 6-8 sentyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcəyi təsdiqlənib.
ADEX 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə Sərgisi ilə birgə keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl, dünyada və Azərbaycanda yayılan COVID-19 pandemiyası ilə əlaqədar olaraq 4-cü ADEX sərgisinin tarixi 2020-ci ilin sentyabr ayından 2021-ci ilin 5-7 oktyabr tarixlərinə keçirilmişdir.
CATEGORIES Xəbərlər
TAGS 13-cü Beynəlxalq Daxili təhlükəsizlikADEXADEX 4-cü Azərbaycan Beynəlxalq Müdafiə SərgisiMühafizə və Xilasetmə Sərgisi