Ağdam sakini minaya düşərək ölüb

Ağdam sakini minaya düşərək ölüb

Noyabrın 15-də 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.

Bildirilib ki, faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Poliqon.az

CATEGORIES
TAGS