Xəbərlər
Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Şelli kəndində üçrəngli dövlət bayrağını ucaldıblar.
Azeri Defence saytı AZƏRTAC-a istinadən xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi hərbi hissənin ərazisi mina və digər partlayıcılardan təmizlənib.
Sonra hərbçilər sıra düzülüşündə Dövlət Himnini ifa edib və Azərbaycan bayrağını ucaldıblar.




