Xəbərlər

“Aksunqur” PUA silahlanmaya qəbul edilib

TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Aksunqur” pilotsuz uçuş aparatı (PUA) Türkiyə Ordusunun silahlanmasına qəbul edib.

Bu barədə “Poliqon” Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin invertarına qəbul edilən “Aksunqur” PUA-lar Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə ediləcək.

“Aksunqur” PUA 750 kq faydalı yük daşıya və 50 saatdan çox havada qala bilir. PUA fasiləsiz kəşfiyyat, müşahidə, nəzarət və hücum tapşırıqlarını yerinə yetirmə qabiliyyətlərinə malikdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button