
Almaniya Müdafiə Nazirliyi “Airbus” şirkətinə əlavə 20 ədəd “Eurofighter” qırıcısı sifariş edəcək.
“Poliqon” “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Olaf Şolts açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl 2020-ci ildə Almaniya Hərbi Hava Qüvvələri (HHQ) üçün 38 ədəd “Eurofighter” qırıcısı sifariş edilib.
Hazırda Almaniya Hərbi Hava Qüvvələrinin istismarında 138 ədəd “Eurofighter” yer almaqdadır.




