Xəbərlər

Almaniyanın yeni freqatlarını “Damen Shipyards” inşa edəcək

Hollandiyanın “Damen Shipyards” şirkəti ilə Bundesvehrin Texnikas, İnformasiya Texnologiyaları və Xidmətə Dəstək üzrə Federal İdarəsi (BAAINBw) arasında müqavilə imzalanıb.

“AzeriDefence”nin BMPD-yə istinadən verdiyi məlumata görə, müqavilə çərçivəsində “Damen Shipyards” şirkəti Almaniya Hərbi Dəniz Qüvvələri üçün 4 ədəd yeni fraqat tipli gəminin texniki dizaynı və inşasını həyata keçirəcək.

MKS 180 layihəsi çərçivəsində freqatların inşasına 2023-cü ildə başlanmalıdır. Müqavilənin dəyəri 4,6 milyard avro təşkil edir. Yeni freqatların 2027-2031-ci illərdə istismara verilməsi planlaşdırılıb. 2032-ci ildən sonra MKS 180 layihəsi çərçivəsində daha 2 ədəd gəminin inşa edilməsi nəzərdə tutulur.

“Thales Nederland” şirkəti sözügedən gəmilər üçün elektron avadanlıqların əsas tədarükçüsü və sistem inteqratoru olacaq. Freqatların 80%-i Almaniyada inşa ediləcək.

Back to top button