“Altay” tank mühərrikinin sınaqları başlayır

“Altay” tank mühərrikinin sınaqları başlayır

Türkiyənin “Altay” əsas döyüş tankının mühərrikinin bu ilin aprel ayında sınaqları başlayacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir “Habertürk” televiziyasında çıxışı zamanı deyib.

““Altay” tankını hərəkət gətirəcək 1000 at gücündəki mühərrikin aprel ayında testləri keçiriləcək”, – deyə İsmail Dəmir vurğulayıb.

İsmail Dəmir həmçinin bildirib ki, həm 400, həm də 600 at gücündəki mühərriklər test edilib, zirehli nəqliyyat vasitələrinə inteqrasiya olunduqdan sonra inventara daxil ediləcək.

Poliqon.az

CATEGORIES
TAGS