“Amur” kiçik raket gəmisi Rusiya HDQ-nin donanmasına daxil edilib

“Amur” kiçik raket gəmisi Rusiya HDQ-nin donanmasına daxil edilib

22800 layihəsi əsasında inşa olunan “Amur” kiçik raket gəmisi Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) donanmasına daxil edilib.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Aleksandr Moiseyev bildirib ki, “Almaz Mərkəzi Dəniz Dizayn Bürosu”nun mühəndisləri tərəfindən hazırlanmış “Karakurt” sinifli gəmilər zərbə silahlarının gücünü və yüksək dəniz qabiliyyətini özündə birləşdirir.

““Amur” kiçik raket gəmisinin heyətinin üzərinə düşən döyüş tapşırıqlarını şərəflə yerinə yetirəcəyinə əminəm. Mən gəmiqayırma zavodunun bütün işçi qüvvəsinə və korporasiyaya Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş qüdrətinin gücləndirilməsinə verdiyi töhfəyə görə təşəkkür etmək istərdim”, – deyə admiral A.Moiseyev vurğulayıb.

CATEGORIES
TAGS