Xəbərlər
ALTIUS-600 PUA Polaris DAGOR nəqliyyat vasitəsindən buraxılıb

ABŞ Ordusu Polaris DAGOR ultra yüngül taktiki nəqliyyat vasitəsindən ALTIUS-600 dronunun buraxılışını sınaqdan keçirib.
“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, ALTIUS-600, Polaris DAGOR ultra yüngül taktiki nəqliyyat vasitəsinə quraşdırılmış Area-I inteqrasiya edilmiş iki pnevmatik buraxma sistemindən havaya buraxılıb.
Buna qədər isə, ALTIUS-600 PUA əvvəllər Lockheed C-130 Hercules hərbi yük təyyarəsindən, AC-130J Ghostrider ağır silahlandırılmış təyyarədən, Lockheed P-3 Orion dəniz nəzarət təyyarəsindən və mülki təyyarələrdən, Army MQ-1C və XQ-58A Valkyrie PUA-dan, UH-60 Black Hawk helikopterindən, habelə adı açıqlanmayan yerüstü nəqliyyat vasitələrindən buraxılmışdır.

Əhəd Əzizov




