
ABŞ Silahlı Qüvvələri iki qitələrarası raketin sınağını həyata keçirib.
“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, raketlər Kaliforniya ştatı sahillərindən “Oqayo” sinifinə aid atom sualtı gəmisindən atılıb.
Sınağı keçirilən “Traydent-2” raketlərinin uçuşuna yerli vaxtla 14.30 və 17.20 saatlarında start verilib.
Raketlərin şərti hədəfi vurma məsafəsi haqda isə məlumat verilməyib.
Analoji sınaq yanvar ayında da Florida sahillərindən həyata keçirilmişdi.



