Xəbərlər
Amerika HHQ “Gulfstream” ilə 696 milyon dollarlıq müqavilə bağlayıb

ABŞ Hərbi Hava Qüvvələri ilə “Gulfstream” Aerokosmik Korporsiyası arasında 696 milyon dollar dəyərində müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə korporasiyanın çox hissəsinə sahib olan ABŞ-ın “General Dynamics” şirkəti məlumat yayıb.
Müqaviləyə əsasən “Gulfstream” Aerokosmik Korporsiyası ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-20 və C-37 tipli təyyarələrə logistika və mühədis xidmətləri dəstəyi verəcək.
Qeyd edək ki, işlər “Gulfstream”ın Savannadakı müəssisələrində həyata keçiriləcək.




