“Anadolu Ankası–2024” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub – VİDEO

“Anadolu Ankası–2024” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub – VİDEO

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası–2024” (“Anatolian Phoenix-2024”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkar olunan ekipaj üzvünün yerində sorğulanması və təxliyə edilməsi üzrə fəaliyyətlər uğurla icra olunub.

Qeyd edək ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

CATEGORIES
TAGS