ANAMA 1069 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2023-cü il avqustun 28-dən sentyabrın 3-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1069.2 ha ərazi yoxlanılıb, 68 ədəd piyada əleyhinə mina, 26 ədəd tank əleyhinə mina və 160 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.