MinatəmizləməXəbərlər

ANAMA 363 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-cü il iyulun 31-dən avqustun 6-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 363 ha ərazi yoxlanılıb, 194 ədəd piyada əleyhinə mina, 30 ədəd tank əleyhinə mina və 97 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Poliqon.az

Back to top button