ANAMA 476 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA 476 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi,  Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2024-cü il aprelin 8-dən 14-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 476.7 ha ərazi yoxlanılıb, 1 ədəd piyada əleyhinə mina, 5 ədəd tank əleyhinə mina və 725 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES