ANAMA 487 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2023-cü il dekabrın 18-dən 24-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 487.7 ha ərazi yoxlanılıb, 53 ədəd piyada əleyhinə mina, 11 ədəd tank əleyhinə mina və 307 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.