ANAMA 7403 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.
2023-ci il noyabrın 1-dən 30-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 7403 ha ərazi yoxlanılıb, 228 ədəd piyada və 247 ədəd tank əleyhinə mina, 4106 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.