ANAMA azad edilən ərazilərdə daha 685 ədəd PHS zərərsizləşdirib

ANAMA azad edilən ərazilərdə daha 685 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il iyunun 6-dan 11-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 5 442 036 m2 (544 ha) ərazi yoxlanılıb, 96 ədəd piyada və 11 ədəd tank əleyhinə mina, 685 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Anama 3

Poliqon.az

CATEGORIES
TAGS