
ANAMA azad edilən ərazilərdə ötən həftə 69 ədəd mina aşkarlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2022-ci il sentyabrın 5-dən 10-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 457 ha ərazi yoxlanılıb, 49 ədəd piyada və 20 ədəd tank əleyhinə mina, 120 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər