Xəbərlər

ANAMA azad edilən ərazilərdə ötən həftə 89 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2022-ci il oktyabrın 17-dən 22-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 381 ha ərazi yoxlanılıb, 61 ədəd piyada və 28 ədəd tank əleyhinə mina, 367 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Ff0bbeuXkAAP7y

Poliqon.az

Back to top button