ANAMA daha 227 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2023-cü ilin iyulun 17-dən 22-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 227 ha ərazi yoxlanılıb, 28 ədəd piyada əleyhinə mina, 15 ədəd tank əleyhinə mina və 68 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.