ANAMA daha 350 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2022-ci il oktyabrın 24-dən 29-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 350 ha ərazi yoxlanılıb, 49 ədəd piyada və 97 ədəd tank əleyhinə mina, 398 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər
TAGS ANAMA