Xəbərlər

ANAMA daha 518 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-cü ilin aprelin 10-dan 15-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 518 ha ərazi yoxlanılıb, 18 ədəd piyada əleyhinə mina, 23 ədəd tank əleyhinə mina və 132 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Poliqon.az

Back to top button