Xəbərlər

ANAMA-nın 23-cü ildönümü qeyd edilib

2021-ci il 23 İyul tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Bu barədə “Poliqon”a ANAMA-dan məlumat verilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) 1998-ci il 18 iyul tarixində ulu öndər Heydər Əliyevin 854 saylı Sərəncamı əsasında yaradılıb. Prezident İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı Fərmanı ilə öncədən təsis edilmiş Agentliyin əsasında publik hüquqi şəxs statuslu Minatəmizləmə Agentliyi yaradılıb. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan planlaşdırmaq, əlaqələndirmək, idarə və nəzarət etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq hökümətin bu sahə üzrə əsas icraçı qurumudur.

Tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, Qarabağa Dönüş Təşkilatının sədr müavini Gülməmməd Məmmədov və ANAMA yanında İctimai Şura üzvləri iştirak edib.

ANAMA-nın illər ərzində əldə etdiyi təcrübə və nailiyyətləri, eləcə də dövlət prioritetlərinə əsasən icra edilən minatəmizləmə fəaliyyəti barədə məlumat təqdim edilib.

Tədbir çərçivəsində Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri əsasında “Böyük qayıdış” istiqaməti üzrə ilk sakinlərin Qarabağa qayıdışı ilə bağlı onların mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirilməsi, təhlükəli ərazilərdə əsas davranış qaydaları üzrə təlimlərə cəlb olunmasına dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, sözügedən sakinlərin doğma yurdlarına qayıdışı Zəngilan rayonu “Ağıllı kənd” layihəsi çərçivəsində həyata keçiriləcək.20210723 185645 20210723 18565320210723 185656

Polıqon.az

Back to top button